Cəmiyyət 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Microsoft” şirkətinin məhsullarını seçir

Azərbaycanda fəaliyyət göstərən ən böyük humanitar təşkilatlardan biri olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın Qızıl Xaç və Qızıl Aypara Hərəkatı kimi tanınan ən böyük humanitar şəbəkəsinin üzvüdür.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə Azərbaycanda və bütün dünyada əhalinin həssas qruplarına daxil olan milyonlarla insanına dəstək və humanitar xidmətlərlə təmin edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman fövqəladə vəziyyətlərdən öncə hərəkət edərək, risklərin azaldılması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə icmaların fövqəladə vəziyyətlərə hazırlığına kömək edir. Cəmiyyətinin əməkdaşları və könüllüləri hələ uzun müddət qalaraq zərər çəkmiş insanlara həyatlarını yenidən qurmaqda və dirçəlməkdə dəstək göstərir. Milli Cəmiyyət 100 ildən artıqdır ki, milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar ehtiyacların getdikcə artdığı bir dünyada özünün qətiyyətli humanitar missiyasının keyfiyyətini artırmaq üçün texnologiyadan bir vasitə kimi faydalanır. Digər tərəfdən, “Microsoft” şirkəti hər bir kəsin texnologiyanın faydalarından yararlana bildiyi, daha bərabər imkanların olduğu bir dünya yaratmaq üçün özünün ən qiymətli sərvətlərini, yəni texnologiyasını, kadrlarını, qrantlarını və mövqeyini investisiya edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Microsoft” şirkəti Azərbaycanda əhalinin həssas qruplarına daxil olan insanların həyat şəraitini yaxşılaşdırmaq üçün qüvvələrini birləşdirib. Bu əməkdaşlıq güclü cəhətlərə söykənməklə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı lazım olan yerdə və vaxtında, səmərəli və effektiv şəkildə göstərməsi üçün tələb olunan bütün resurslara malik olmasına imkan yaratmağa yönəlir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Microsoft” şirkətinin Azərbaycandakı tərəfdaşı olan “TeachSoup” ilə birlikdə çalışır. Milli Cəmiyyətə “Qeyri-kommersiya Tərəfdaşı” statusu təklif olunub və Cəmiyyətin əməkdaşları və könüllülərinin öz missiyalarını yerinə yetirməsi məqsədilə “Microsoft Office 365” lisenziyalarından istifadə etməsi üçün qrant və endirimlər təqdim edilib.

“Bu tərəfdaşlıq sayəsində əməkdaşlarımız və könüllülərimiz onlara vaxta qənaət edərək insanların həyatını xilas etməyə daha çox diqqət yetirmək imkanı verəcək zəruri “Microsoft” alətləri ilə təchiz olunacaq”, – deyə Resursların səfərbər edilməsi və marketinq inkişafı layihələrin rəhbəri Teymur Kuseba bildirib.

2022-ci ilin may ayından etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti əməliyyatları asanlaşdırmaq məqsədilə “Microsoft” şirkəti ilə əlaqəli məhsul paketini tətbiq etməyə başlayıb, bu isə öz növbəsində təşkilatın əsas humanitar missiyasına köklənməsinə imkan verir. Buraya “Microsoft 365” aid olan “Teams” proqramında işin təşkilindən tutmuş, fəlakətlər zamanı “Microsoft Exchange” (Outlook) vasitəsilə digər yardım təşkilatları ilə əlaqələndirmə kimi daxildir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən, IFRC ilə əməkdaşlıq çərçivəsində “YARDIM.ET” adlı İanələrin İdarə Edilməsi Sistemi (DMS) işə salınmış platforması Cəmiyyət üçün onlayn və virtual dəstək təmin etmək, həmçinin xeyriyyə işlərini asanlaşdırmaq, sadələşdirmək və təşviq etmək kimi nəzərdə tutulub. Bu platforma, həmçinin prosesləri sürət və səmərəlilik baxımından yaxşılaşdırmaq üçün “Microsoft” şirkətinin məhsullarından istifadə edir.

IFRC-in Milli Cəmiyyətlərin İnkişafı üzrə Azərbaycandakı Nümayəndəsi Serdar Günel qeyd edib: “Biz Azərbaycanda yardıma ehtiyacı olan insanlara göstərilən humanitar xidmətlərin uyğunluğunu, sürətini, keyfiyyətini, əlçatanlığını və dözümlülüyünü artırmaq üçün rəqəmsal transformasiyanı prioritetləşdirmişik. Bu tərəfdaşlıq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yüksək keyfiyyətli humanitar xidmətlər göstərməsinə əhəmiyyətli dərəcədə köməklik göstərəcək və Milli Cəmiyyətin xidmət göstərdiyimiz icmalar və donorlar qarşısında hesabatlılığını yaxşılaşdıracaq”.

Daha çox xəbərlər