Cəmiyyət 

Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.

Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb.

O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır.

Daha çox xəbərlər