Bərdədə təhlükə saçan baxımsız transformatorlar-VİDEO
Bərdə şəhərinin bir sıra küçələrində yerləşən elektrik transformatorlarının istismarı təhlükəsizlik qaydalarına cavab vermir. Belə ki, trasformatorların ətrafı hasarlanmadığından həmin ərazidə yaşayan sakinlərin, xüsusilə də uşaqların həyatı üçün təhlükə törədir. Bəzən, belə transformatorların yaşayış evlərinə və təhsil ocaqlarına çox yaxın məsafədə yerləşməsini nəzərə alsaq, təhlükənin ciddiliyi daha da artır. Xüsusilə yağışlı hava şəraitində uşaqların qoruyucu hasara alınmayan transformatorun yanında oynamasını təsəvvür edəndə məsələnin ciddiliyini anlamaq o qədər də çətin olmur. Ancaq , nədənsə ölüm havası yaradan mənzərəni məsələyə aidiyyatı olan şəxslər anlamaq istəmirlər.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

