Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan böyük bəlalardan xilas oldu
Azərbaycan xalqının taleyində elə günlər var ki, o gunlər xalqın gələcək həyatının başlanğıcını qoyur. Bu günlərdən ən önəmlisi 15 iyun Milli Qurtuluş Günüdür. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başladı. Azərbaycanda dərinləşməkdə olan ictimai, siyasi, hərbi böhran 1993 –cü ilin yayında son həddə çatmışdı. Azərbaycan xalqı başa düşürdü ki, ölkədə baş verən xaos, özbaşınalığı aradan qaldıra biləcək tək ümid yeri dahi siyasətçi, gorkəmli dövlət xadimi Heydər Əliyev ola bilər. 1993-cü il xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Ulu öndər Heydər Əliyyevin 15 iyunda 2-ci dəfə hakimiyyətə qayıdışı ölkədə uzun illər davam edən gərginlik, qarşıdurmanı aradan qaldırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının bu ağır günündə bütün risklərə baxmadan bu yükü öz üzərinə götürdü. Ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanın problemləri həll olundu, Azərbaycan müstəqil, demokratik dövlət kimi inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyevin iyunun 15-də hakimiyyətə qayıdışı Azərbaycanın siyasi,iqtisadi,mədəni inkişafının əsasını qoydu. Vətənə, xalqa, dövlətə məhəbbət və sədaqət rəmzinə çevrilən dahi siyasətçi Heyder Əliyev yeni, müstəqil Azərbaycanı yaratdı. Beləliklə, bu mühüm tarix xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu.1997 –ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev düşmən tapdağında olan ərazilərimizin işğaldan azad olunması üçün yorulmadan çalşırdı. Bülbülün 100 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin çıxışı hər birimizin yadındadır: “Xalqımız da bilməlidir ki, bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq. Bülbülün diyarı müstəqil Azərbaycanın çiçəklənən bir guşəsi olacaq.”
Prezident İlham Əliyev Ümummili lider Heydər Əliyev siyasətini qürurla və qətiyyətlə davam etdirir. Şuşa azad olarkən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt adam olduğunu bildirmişdi. Məhz Prezident İlham Əliyevin sayəsində ölkəmizin iqtisadi və siyasi mövqeyi daha da quvvətlənmiş və güclənmişdir. Ulu Öndər Heydər Əliyev dediyi kimi: ”Bizim hamımızın bir Vətəni var. Bu Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələri unutmamalıdır. Onun qəlbi daim Azərbaycanla bir vurmalıdır.”

Aynurə Hacıyeva,
22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-oftalmoloqu

