Region Xəbərləri 

“İntellektual klubların gənclər liqası”nın zona üzrə seçim turu başa çatıb.

Bərdə, Mingəçevir, Ağcabədi, Ağdaş, Ağdam, Yevlax, Zərdab, Tərtər regionları arasında keçirilən seçim turunda 14 komanda, 80-dən çox gənc iştirak edərək öz intellektlərini yarışdırıb və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Rayonumuzu təmsil edən “Hərum” komandası daha çox suala doğru cavab verərək zonanın qalibi olub və finala vəsiqə qazanıb. Ağcabədini təmsil edən “Ağcabədi” komandası II, Ağdaşı təmsil edən “Panteon” komandası isə III yerin sahibi olub. Qaliblər kubok, medal, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, Bakı və regionlar üzrə qalib olan komandalar 18-19 iyun tarixlərində Bakıda keçiriləcək 2️⃣ günlük final mərhələsində iştirak edəcəklər.

Daha çox xəbərlər