Cəmiyyət 

Şuşa ilinin məzunları – möhtəşəm tarixin Son zəngi…

14 iyun 11-cilərin Son zəngidir. Orta təhsili başa vuran məzunlar bu gün məktəbə “Əlvida” deyir.

Ölkə üzrə bütün məktəblərdə Son zəng tədbirləri keçirilir.

Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə də son zəng tədbiri yüksək səviyyədə baş tutub.

Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin anılmasından sonra çıxışlarla davam edib.

Məktəbin 11c sinfinin rəhbəri Zülfiyyə Əhmədova çıxış edərək, Şuşa ilinin məzunlarının tarixi ildə məktəbi bitirməsinin xüsusu əlamətdar hadisə olduğunu deyib. O, bütün məzunlara uğurlar arzulayıb.

Ardınca məzunlar milli rəqs nümunələri ilə çıxış ediblər.

Məktəbin direktoru Çinarə Atayeva geniş nitq söyləyərək, Şuşa ilinin məzunlarının unudulmaz bir tarixdə – Şuşa ilində məktəbi bitirdiklərini vurğulayıb, onlara daim vətənpərvərlik ruhunda yaşamağı tövsiyyə edib.

O, rəhbərlik etdiyi məktəbin məzunlarının gələcək həyatlarında bütün istiqamətlərdə etimadı doğruldan gənclər olacaqlarına əminliyini ifadə etdi.

Direktor məktəbin yüksək nəticələr göstərən, medallara layiq görülən şagirdlərinin kifayət qədər olduğuna diqqət çəkdi.

Ç.Atayeva abituriyent olan şagirdlərə daim yüksək nəticələr göstərməyi arzuladı, bütün məzunlara gələcək müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Yekunda Son zəng çalındı və şagirdlər müəllimləri ilə vidalaşıblar.

Daha çox xəbərlər