Region Xəbərləri 

Bərdə rayon S.Behbudov adına 6 nömrəli tam orta məktəbdə Son Zəng tədbiri keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Elşad Mamedov çıxış edərək tədbiri açıq elan edib. Şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib və Şuşaya aid şeirlər söyləyiblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik hisslərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etməkdən ibarətdir.

Daha çox xəbərlər