Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Son Zəng” tədbiri keçirilmişdir..
Bu gün Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Son Zəng” tədbiri keçirilmişdir..
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Seymur İslamov çıxış edərək tədbiri açıq elan edib. Şagirdlərin ifasında milli musiqilərimiz, səsləndirilib və Şuşaya aid şeirlər söyləyiblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik hisslərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etməkdən ibarətdir.
Əziz məzunlar hər birinizə uğur arzu edirik.







