Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib
Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib.
“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – təbrikdə deyilir.

