Gündəm 

Zəfər tariximizin başlanğıcı

Tarixə Milli Qurtuluş günü kimi daxil olan  1993-cü ilin 15 iyunundan bizi qısa zaman ayırır. Azərbaycanın  dövlət müstəqilliyi tarixində 15 iyun 1993- cü il həlledici gün olmuşdur. Ötən bu illər Azərbaycan xalqının tarixində bir çox taleyüklü məsələlər öz həllini tapmışdır. Belə ki, xalqımız milli dövlətini yaratmış və xilaskarı olan Ulu Öndərin siyasəti  nəticəsində Azərbaycan  dövlətini  əbədi etmişdir.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqını  əmin etdi  ki, Ulu Öndərimizin böyük nüfuzu, güclü siyasəti nəticəsində torpaqlarımız düşmən tapdağından tezliklə azad ediləcəkdir.

Son dərəcə gərgin hadisələrlə, zəngin müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev diplomatiya tarixində az təsadüf olunan fəal siyasi gedişlərlə Azərbaycanın mənafeyini ən nüfuzlu və inkişaf etmiş dövlətlərin iqtisadi və siyasi maraqları ilə uzlaşdıra bildi. Gənc dövlətimiz böyük dünya siyasətinin diqqət mərkəzinə çıxdı. Ölkəmizin ərazi bütövlüyü mötəbər kürsülərdən müdafiə edilməyə başladı,  Azərbaycanın ilk parlamenti seçildi, ilk konstitusiya qəbul edildi. Ölkədə iqtisadi islahatlar inamla həyata keçirildi. Anarxiyadan, dərəbəylikdən, özbaşınalıqdan bezmiş xalq, dinc həyat, sabitlik və asayiş üçün ümummilli liderimizə minnətdardır.

Bu gün hər birimizin Ümumilli Lider  Heydər Əlirza oğlu Əliyevə olan sədaqətimiz, mənəvi bağlılığımız Azərbaycan xalqına olan sədaqətimiz, inamımızdır. Bu yol ilə getməyi özümüz üçün ən müqəddəs iş və ən şərəfli vəzifə hesab edirik. Yalnız belə olduqda biz problemlərimizi arxada qoyaraq, azadlığımıza, müstəqilliyimizə qənim kəsilən daxili və xarici düşmənləri məğlub edə bilərik.

Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və iqtisadi qüdrəti daha da artır. Respublikamızda mövcud problemlər aradan qaldırılır, doğma Azərbaycanımız, planetimizin ən varlı, ən güclü dövlətlərindən birinə çevrilir. Bu təkcə bizim bizim yox, dünyanın ən məşhur siyasi xadimlərinin, iqtisadçılarının fikridir. Çünki Azərbaycan dövləti polad bir təməl üstə bərqərardır. Bu təməl ümummilli liderimiz Heydər Əliyevin ideyalarıdır.

Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının  əmin etmək istərdik ki, biz hamımız öz işimizlə, fəaliyyətimizlə, mənəviyyatımızla xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin  dönməz işinə bundan sonra da sədaqətli olacaq, bütün fəaliyyətimizdə onu müqəddəs amal hesab edəcəyik.

Hələ biz uzun illər 15 İyun Milli Qurtuluş Gününü təntənə ilə qeyd edəcəyik.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

Daha çox xəbərlər