Azərbaycan dövlətçiliyinin xilas günü
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı 15 iyun Qurtuluş günü münasibəti ilə “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” adlı konfrans keçiridi.
ARANTV.AZ xəbər verir ki, konfransa başlamazdan öncə Ulu Öndərin Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatında yerləşən büstü önünə tər güllər düzüldü.
Konransda ulu öndər Heydər Əliyevin və azadlığımız, suverinliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gornaboy rayon təşkilatının sədri Elçin İsmayılov açdı.
Konfran özü işini çıxışlarlarla yekunlaşdırdı.









