Cəmiyyət 

Şuşa Bəyannaməsi: Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəmzi

Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri kimi tarixə düşən Şuşa Bəyannaməsi 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında imzalanmışdır. Tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikasının lideri xarici dövlətin başçısını (qardaş Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəp Tayyib Ərdoğan) Qarabağda, Şuşada qarşılamışdır. Mühüm tarixi hadisə kimi yaddaşımıza yazılan, gələcək dərsliklərə yazılacaq, Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik bəyannaməsinın imzalanması həm də 30 ilə yaxın öz həllini tapmayan ədalətin bərpası idi.

Şuşa Bəyannaməsinin əsas məğzi, ölkələrdən birinin ərazi bütövlüyünə təhdid digərinə təhdid kimi qiymətləndiriləcək. Bu da ölkəmizi, dövlətimizi, millətimizi bir sıra təhdidlərdən, regional və qlobal təhlükələrdən qoruyur. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz  qüdrətlidir, məğlubedilməzdir, bütün təhdidləri dəf etmək imkanına malikdir. Lakin bizə qarşı ola biləcək hər hansısa təhlükə Şuşa Bəyannaməsinə əsasən, bundan sonra həm də Türkiyə Cumhuriyyətinə təhlükə sayılacaq və qardaş ölkənin müdaxiləsinə hüquqi baxımdan əsas yaradacaq.

Qeyd edək ki, Şuşa Bəyannaməsinin iqtisadiyyata çox böyük təsiri olacaq. Belə ki Bəyannamədə qeyd edildiyi kimi iqtisadi-ticari münasibətlərdə iqtisadiyyatın və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın yaradılması, investisiya şəraitinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər aparılması və məhsulların sərbəst hərəkətinin təşkili istiqamətində tədbirlərin görülməsi iqtisadi artım dinamikasına güclü təkan verəcək.

Şərq-Qərb / Orta, Cənub Qaz beynəlxalq nəqliyyat və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizlərinin (Zəngəzur dəhlizi) və bunun davamı kimi Naxçıvan-Qars dəmiryolunun tikintisinin qlobal səviyyədə nəqliyyat-kommunikasiya əlaqələrinin əsas amilləri kimi çıxış edəcək. Bəyannamənin əsası kimi qeyd etmək istərdim ki, Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq.

Pərviz Rəhimli

Daha çox xəbərlər