Gündəm 

Xalqımızın xilas günü

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın rəsmi bayramlarından biridir.Bu bayram 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, ölkədə qarışıqlıq,gərginlik baş alıb gedirdi.Hətta vəziyyət o yerə çatmışdı ki, ölkədə vətəndaş müharibəsi başlayırdı.Bölgələrdə parçalanma müşahidə olunurdu. Ölkədə müstəqillik elan olunsa da, Azərbaycanı qaranlığa sürükləyənlərin sayı artmışdı. Artıq vəziyyət nəzarətdən çıxmışdı. Ölkədə baş verən xaos, anarxiyanın ardı-arası kəsilmirdi. Belə bir vaxtda xalq dövləti məhv olmaqdan xilas etmək üçün Heydər Əliyev Bakıya dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bununla da 15 İyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

İyunun15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu təntənəli tarixin təqvimə düşməsinin səbəbkarı isə qeyd etdiyimiz kimi ulu öndər Heydər Əliyevdir. Həmin dövrdəki çətinliklərə baxmayaraq O, xalqımızın qurtuluş gününü yarada bildi. Onun gəlişi ilə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan götürüldü. Ölkədəki özbaşınalıqlar, vətəndaş qarşıdurması,siyasi və iqtisadi böhranlar aradan qalxmağa başladı və hərtərəfli inkişafın təməli qoyuldu.Həmin vaxtdan bu günə kimi ölkəmizin tarixində uğurlu bir mərhələyə yol açıldı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına,ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”-deyən Ümummilli Lider öz dediklərini etdi və doğma Azərbaycanımızın işıqlı gələcəyə doğru addımlamağına müvəffəq oldu. Bu gün də Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi, Onun xalqını, vətənini sevməsi, uzaqgörənliyi, müdrikliyi sayəsində Qurtuluş Gününü qürurla yaşayırıq. Belə bir azad, müstəqil ölkənin vətəndaşı olduğumuz üçün qürur hissi keçiririk.

Elnarə Məmmədova, 
Füzuli rayon 59 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər