Hadisə 

Göyçayda kişi bacanağını bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Çərəcə kənd sakini Habil Bəkirov bacanağı, 1970-ci il təvəllüdlü Habil Səmədova şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub:

“Hadisədə istifadə edilən soyuq silah maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.

Hazırda Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır”.

Daha çox xəbərlər