Şou biznes 

Zaur Kamaldan Röya Ayxana bahalı hədiyyələr – FOTO

Aparıcı Zaur Kamal müğənni Röya Ayxana ad günündə bahalı libas hədiyyə edib.

Aparıcı hədiyyəni ARB TV-də “Həmin Zaur” verilişində müğənniyə təqdim edib.

Zaur Kamal bildirib ki, həmin geyimi 3 gün ərzində özəl olaraq Röya üçün hazırlatdırıb.

Aparıcı paltarın qiymətinin 4 min manat olduğunu qeyd edib.

Zaur Kamal libasla birgə Röyaya 1001 qızıl gül də hədiyyə edib. Güllərin qiyməti isə 2500 manat təşkil edib.

 

Daha çox xəbərlər