Hadisə 

Hacıqabulda ağır qəza: Mikroavtobus yük maşınına çırpıldı – VİDEO

Bakı-Ələt-Qazax yolunda ağır avtomobil qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Qəza zamanı 99-LS-319 dövlət nömrə nişanlı, “Ford” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 99-GY-745 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı yük maşınına çırpılıb.

Hadisə zamanı ölən vəya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qəza yerindən görüntüləri təqdim edirik:

 

Daha çox xəbərlər