Hadisə 

Bakıda 16 yaşlı qız evdən çıxıb, geri qayıtmadı

Bakıda 16 yaşlı qız itkin düşüb.

APA xəbər verir ki, Sabunçu rayonu Məhəmmədəli qəsəbəsi “Göyqurşağı” yaşayış kompleksində yaşayan, 2006-cı il təvəllüdlü R.Əlizadə iyunun 14-də yaşadığı evdən çıxıb və itkin düşüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Daha çox xəbərlər