İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi – YENİLƏNİB + CANLI YAYIM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda çıxış edib.
Tədbir forumun digər iştirakçılarının çıxışları ilə davam edir.
10:12
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb.
ARANTV.AZ xəbər verir ki, mərasimdə açılış nitqi ilə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayır.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edəcəklər.
IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edəcək.
Panellər formasında təşkil olunacaq tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılacaq.

