Cəmiyyət 

Övladlığa verilən uşaqlar arasında sosial müəssisəyə geri qaytarılanı olmayıb

“2019-cu ilin 1 noyabr tarixinə qədər övladlığa verilən uşaqlar arasında yenidən sosial müəssisəyə geri qaytarılanı olurdu. İl ərzində təxminən 10-15 uşaq sosial müəssisəyə geri qaytarılırdı”.

Bu barədə “İki sahil”ə Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə Departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, həmin tarixdən bu günə qədər isə belə hadisə olmayıb.

Departament müdiri qeyd edib ki, ötən illərə nisbətdə övladlığagötürmə getdikcə artır.

Cavid Şahmalıyev deyib ki, uşaqlar xarici vətəndaşlara da övladlığa verilə bilər:

“İndiyə kimi belə hal baş verməyib. Bununla bağlı müraciət var, ancaq uzun proses olduğu üçün hələ də davam edir. Uşaqlar müəyyən şərtlər çərçivəsində övladlığa verilir”.

Daha çox xəbərlər