Bitki və heyvan mənşəli piylər və yağların ixracı azalıb
Beş ayda 7794 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 13,7 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 13,8 milyon dollar olmaqla 11 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

