Gündəm 

Plastmas və onlardan hazırlanan məmulatların ixracı cüzi azalıb

Yanvar-may aylarında 141,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 153,2 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 143 milyon dollar olmaqla 153,1 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Daha çox xəbərlər