Gündəm 

Tərəvəz və meyvələrin emal məhsullarının ixracı azalıb

Cari ilin beş ayında 7283 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tərəvəz və meyvələrin emal məhsullarının dəyəri 8,8 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 10,4 milyon dollar olmaqla 8841 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Daha çox xəbərlər