Dünya 

İtaliyada küçələrdən buzlu çay axdı – FOTO/VİDEO

İtaliyanın şimal hissəsi güclü yağışların və dolunun təsirinə məruz qalıb. Bir anda yaranan buzlu çay Toskana küçələri ilə axmağa başlayıb.

Bundan başqa, Val Di Kyana və Kastilyon-Fiorentino şəhərləri də zərər çəkib.

Təbii fəlakət nəticəsində ağaclar qırılıb, avtomobillərə, evlərə və infrastruktura, həmçinin kənd təsərrüfatına ziyan dəyib. Küçələrdə daşqın evlərin birinci mərtəbəsinə çatıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

 

Mənbə: Quinewsarezzo.it

Daha çox xəbərlər