Sosial 

Taxıl sahələrini yandırmaq təbiətə qarşı ən amansız cinayətdir!!!

Buğda, arpa sahələri bicildikdən sonra yandırmaq cinayətdir. Torpaq canlı orqanizmdir !!!

Torpaqda olan canlıların fəaliyyəti nəticəsidə, torpaq əmələggəlmə prosesi baş verir. Nəticədə, yandırmaqla, bu canlılar məhv olur, torpaq əmələgəlmə prosesi dayanır, münbitlik azalır, məhsuldarlıq aşağı düşür. Torpağın bir necə santı əmələgəlmə ücün isə 100 illər vaxt lazımdır. Ancaq torpağı yandırmaq ücün 1 necə dəqiqə vaxt kifayətdir. Torpaq üçün vacib olan münbit qat yanır. Çünki bitkinin əsas qidalanndığı torpaq 0 – 20 sm qalınlığındakı, hissə, ən məhsuldar qatdır. Bu il əsasən taxıl sahələrində yanğın halları çox olub. Demək olar ki, bütün bölgələrdə taxıl sahələrinin yandırılması müşahidə olunub. Bu da iqtisadiyyata öz təsirini göstərəcək. Nazirliyin bu haqda haqlı qərarı oldu ki, əkin sahələrini yandıranlar cəzalandırılsınlar. Bu çox əsaslı bir qərar oldu 2O17 – iIin dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244 -1 -ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Ancaq bu tamamilə vəziyyətdən cıxış yolu deyil. Bizdə ekoloji şüur, eloloji məsuliyyət, hələdə inkişaf etməyib … Düşünürəm ki, fermerlər arasında ekoloji biliklərin aşılanması yönündə maarifləndirmə işləri aparılmalıdır. Əks halda əkin sahələrində bu cür halların yaşanması qaçıllmazdır”.

Xosrov Musayev
Aqrar elmlər üzrə fəlsəfə doktoru

Daha çox xəbərlər