Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb
“Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır – beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək”.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.

