Cəmiyyət 

İsti hava şəraiti məhsuldarlığa təsirsiz ötüşməyib – VİDEO

İyun ayında qərb bölgəsində müşahidə edilən isti hava şəraiti məhsuldarlığa mənfi təsir edib.

Uzun illərdir əkin-biçinlə məşğul olan Valeh Əmiraslanov deyir ki, havanın isti keçməsi kartofçuluğa ziyan vurub. Bitkilərdə bəzi xəstəliklər, o cümlədən ziyanvericilər çoxalıb.

Belə olan halda məhsuldarlıq təxminən 15-20% aşağı düşür. Fermerlər belə vəziyyətdən çıxış yolunu sahələri tez-tez suvarmaqda görürlər.

Daha ətraflı süjetdə:

 

Daha çox xəbərlər