Gündəm 

Dünyada bahalaşma: Azərbaycanın idxal inflyasiyası nə qədər olub?

“Dünya bazarlarında son 5 ayda kəskin bahalaşma müşahidə edilir”.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dünyada ən çox bahalaşma gübrənin qiymətində hiss edilir.

Tahir Mirkişili bahalaşmanın Azərbaycan iqtisadiyyatına təsirindən də danışıb.

“Son 5 ayda Azərbaycanın idxal inflyasiyası 20 faiz təşkil edib”, – deyə Tahir Mirkişili əlavə edib.

Daha çox xəbərlər