Şamaxıda taxıl biçininə başlanıb
Şamaxıda taxıl biçini kampaniyasına başlanıb. İlkin olaraq biçin rayonun cənub ərazilərində, o cümlədən Hacıqədirli, Ovculu, Bağırlı, Çöl Göylər inzibati ərazilərində aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari mövsümdə 19 min 457,1 hektar sahədə taxıl yetişdirilib. Biçinə ilk günlərdə 11 kombayn cəlb olunub. Hələlik 708 hektar sahədə tez yetişən arpa, 215 hektarda isə buğda biçilib.
Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bütün qüvvələri bu mühüm strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər ediblər.

