Bölgə 

Azərbaycanda süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir

Hazırda Azərbaycanda quş əti və yumurta istehsalında yüksək məhsuldarlıq göstəriciləri qeydə alınır.

ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli Aqrar Universitetin rəhbərliyi və tələbələri ilə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycanda süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir. Hətta artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə yumurta ixrac etmək üçün razılıq əldə olunub. Ölkəmizdə quş ətinə olan tələbat da əsasən yerli istehsal hesabına təmin edilir.

 

Daha çox xəbərlər