Cəmiyyət 

Bakıda elektron qolbaq daşıyan yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb

Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatda olan elektron qolbaq daşıyan yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, idarənin qeydiyyatında olan 9 məhkuma elektron qolbaq vurulub.

Ümumilikdə, Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş 21 yetkinlik yaşına çatmayan məhkum var.

Daha çox xəbərlər