Cəmiyyət 

İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərində dəyişiklik

Milli Məclisin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə xərcləri müzakirəyə çıxarıldı. Layihə barədə komitə sədri Musa Quliyev məlumat vedi.

Bildirildi ki, məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Daha çox xəbərlər