Region Xəbərləri 

İsmayıllıda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib

İsmayıllı Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
ARANTV.AZ xəbər verir ki,Tədbirdə dövlət qulluğunda çalışanlar peşə bayramı münasibətilə təbrik edilib. Dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib .
Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyü qeyd edilib.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğu vurğulanıb.
Tədbirdə RİH başçısı aparatının Hüquq Şöbəsinin müdiri Pakizə Abbasovaya “Tərəqqi medalı”nı təqdim edilib. Həmçinin bir qrup Dövlət qulluqçusuna RİH başçısının Sərəncamı ilə ixtisas dərəcələri, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədova isə “əmək veteranı” vəsiqəsi təqdim edilib.
Dövlət Qulluqçularının Təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Quşencə kənd İƏD üzrə nümayəndəsi Yaşar Şirəliyev “Tərəqqi medalı”na layiq görülüb.
Bütün Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edirik.

Daha çox xəbərlər