Cəmiyyət 

Küçədə günəş altında satılan dondurmalar zərərlidir? – Ekspertdən AÇIQLAMA

Yay mövsümünün başlaması ilə dondurma sezonu da açılıb. Havaların isti olması bu qidaya tələbatı xeyli artırıb. Dondurmaların isə marketlərdən əlavə səyyar şəkildə şəhərin hər yerində satışını görə bilərik. Bəs günəş şüaları altında saatlarla qalan bu sərinləşdirici qidalar insan orqanizminə zərər vura bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az saytına qida üzrə ekspert Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, bu kimi məhsullar Qida Təhlükəsizliyi Agentliyinin tərkibindədir:

“Ümumiyyətlə tarladan süfrəyə qədər olan bütün məhsullarda qida zənciri pozulmamalıdır. Təbii ki, açıqda satılan məhsullar həmişə yüksək risk qrupuna aid olan məhsullardır. Dondurma da süd məhsulu olduğu üçün xüsusi risk qrupuna aiddir. Bununla belə hər bir istehlakçı özü öz sağlamlığını düşünməlidir. Dondurma alan zaman tərkibinə, son istifadə tarixinə hansı şəraitdə satılmasına diqqət etmək lazımdır. Sağlamlıqla bağlı hər hansı problem olduqda immunitent sistemi güclü olsa da, zəhərlənmə özünü çox təhlükəli göstərmir, amma həzm sisteminin, maddələr mübadiləsinin pozulması özünü göstərdikdə onun dondurmadan qaynaqlandığını araşdırmağı belə düşünmürlər. Mənşəyi və istehsal tarixi bilinməyən, saxlama prinsiplərinə uyğun olmayan məhsullardan uzaq durmaq lazımdır”.

Daha çox xəbərlər