Bölgə 

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı növbəti tədbiri keçirilmişdir+FOTOLAR

“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, T. Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin direktoru Nizami İsayevin təşkilatçılığı ilə keçirilən tədbir xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanmışdır.
Sonra Nizami İsayev çıxışına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımızın həyatında xilaskarlıq missiyasından, dövlətimizin və müstəqilliyimizin möhkəmləndirilməsindəki xidmətlərindən bəhs edən geniş məruzə söylədi. ulu öndər Heydər Əliyevə məxsus “müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan çətindir” və “dövlət müstəqilliyi hər bir xalqın ən böyük nemətidir” fikri məruzənin ana xətt oldu.
Sonra YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Elməddin Əsgərxanov, Hikmət Ələkbərli, Nizami Quliyev, Gəray Əsədov, həmçinin Züleyxa İsmayılova, məktəbli Məmmədəli Səfərli çıxış etmiş, bildirmişlər ki, hər bir xalq öz qarşısında duran tarixi missiyanı yalnız dövlət müstəqilliyi şəraitində reallaşdırmaq şansına malikdir. Müstəqillik qazandıqdan sonra ölkəmizin inkişafı sahəsində əldə olunan möhtəşəm uğurlar bunun əyani sübutudur. Bugün ulu öndər Heydər Əliyevin nurlu ideyaları yaşayır və bu siyasi kursun layiqli davamçısı, qalib ölkənin qalib Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızı daha parlaq gələcəyə aparır.
Tədbir boyunca şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin və şagirdlərin rəngarəng musiqi proqramları bir-birini əvəz etmişdir
Sonda Atletika üzrə Respublika birinciliyində uğur qazanmış məktəblilərə müvafiq medallar təqdim edilmişdir.
Məktəbin həyətində açıq havada keçirilən tədbir təsirli və yaddaqalan olmuşdur.

Daha çox xəbərlər