Dünya 

İstanbulda Ukraynadan başlayan taxıl dəhlizinin əməliyyat mərkəzi yaradılacaq

Türkiyənin müdafiə naziri Hulusi Akar ingiltərəli həmkarı Ben Uolleslə görüşündə BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə həlli gözlənilən “taxıl dəhlizi” məsələsindən danışıb.

O, bu fəaliyyətin İstanbulda qurulacaq əməliyyat mərkəzi vasitəsilə təhlükəsiz şəkildə həyata keçiriləcəyini bildirib.

“İstanbulda qurulacaq əməliyyat mərkəzindən bu fəaliyyətin təhlükəsiz və problemsiz idarə olunması mövzusunda ümumi fikir birliyi var”, – deyə nazir qeyd edib.

Mənbə: Haber Global

Daha çox xəbərlər