Gənclərlə maarifləndirici görüş , müəyyən mövzularda təbliğat və qarşılıqlı fikir mübadiləsi
24 iyun 2022-ci il tarixdə şəhid B.Əjdəroğlu adına Yeni Əyricə kənd tam orta məktəbində Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı birgə mübarizə aparılması məqsədilə məktəbli gənclərlə görüş keçirildi. Görüşdə adı çəkilən mövzulara geniş şəkildə toxunulduqdan sonra gənclərə onların bilik və bacarıqlarını artırmaq məqsədilə növbəti aylarda həyata keçiriləcək tədbirlərdə iştirakçılığı artırmaq və sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə müvafiq tövsiyələr verildi.






