Gündəm 

Nazirdən süni qiymət artımı ilə bağlı AÇIQLAMA – VİDEO

“Rusiya-Ukrayna müharibəsi qiymət artımına səbəb oldu. Amma ölkəmizdə antiinflyasiya tədbirləri ilə qiymətlər azalacaq”. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib. Nazir süni qiymət artımının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə də diqqət çəkib:

“Ərzaq məhsullarının qiymətlərində azalma baş verəcək. Qiymət artımını nəzərə alaraq cari ilin dövlət büdcəsinə dəyişikliklər çərçivəsində 193 milyon manat vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulur. Bununla da dövlət tərəfindən bu sahədə əlavə çevik tədbirlərin icrası planlaşdırılır”.

Nazir bildirib ki, davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji daşıyıcılarının qiymət artımına səbəb oldu. Daha sonra gübrə bahalaşdı. Bu isə son nəticədə ərzaq məhsullarının, taxılın qiymətinin yüksəlməsi ilə nəticələndi.

Samir Şərifov süni qiymət artımının qarşısının alınması istiqamətində görülən tədbirlərə də toxunub.

Bugün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü illik toplantısı keçirilib. Tədbirdə banka üzv ölkələr arasında maliyyə və biznes sahəsində mövcud potensialın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.(xəzərxəbər)

Daha çox xəbərlər