Cəmiyyət 

Sürücülərin NƏZƏRİNƏ

 

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

 

ARANYV.AZ -ın məlumatına görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

 

O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

 

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;

 

– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli;

 

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

 

– Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti;

 

– Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.

 

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağadakı ünvanlarda çıxışlar edəcəklər.

 

– Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

 

– AzNeft dairəsindəki bayraq meydanında;

 

– Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

 

– Zabitlər parkında;

 

– Koroğlu parkında;

 

– Fəvvarələr meydanında.

 

“Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik avtomobillərindən istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – DYP rəsmisi vurğulayıb.

 

 

Daha çox xəbərlər