Müharibədən sonra Azərbaycan Ordusu daha da güclənib – VİDEO
Vətən müharibəsi təcrübəsi Azərbaycan Ordusunda bir sıra mühüm və müsbət dəyişikliklərin həyata keçirilməsi ilə nəticələndi. Orduda yeni-quru qoşun növü yaradıldı.
Qısa vaxt ərzində komando bölmələri fəaliyyətə başladı.
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, geniş komando briqadaları ordumuzun potensialını daha da gücləndirdi.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun müasir silahları daha çoxdur. Elə silahlar var ki, onlardan 44 günlük müharibədə istifadə olunmayıb.
Ədalət Verdiyev bildirir ki, yaxın günlərdə 18 ədəd mina təmizləyən robot maşını da Azərbaycana gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

