Hadisə 

Qazaxda 29 yaşlı kişi avtoyuma məntəqəsində ölüb

Qazaxda bədbəxt hadisə baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü M.Əlizadəni avtoyuma məntəqəsində elektrik cərəyanı vurub.

29 yaşlı kişi xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər