Sahil Babayev: “Biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik”
Komitə sədri Siyavuş Novruzovun Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında ayrıseçkiliyə yol verilməməsi barədə çağırışına Milli Məclisin bugünkü iclasında iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev reaksiya verdi. Nazir bildirdi ki, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına hec bir halda fərq qoyulmur və qoyulmayacaq: “Bu, dövlət siyasətidir”.
S.Babayev deputatın digər təklifinə, müharibə veteranlarının müavinətlərinin 80 AZN-dən 130 AZN-ə qaldırılması barədə təklifinə cavabında bildirdi ki, 2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırılıb: “Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir”.

