Hadisə 

Bakıda avtomobil park ərazisinə aşıb – FOTO

Bakının Yasamal rayonunda ağır avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək maşını Nəriman Nərimanovun heykəli olduğu əraziyə aşırıb.

“Mercedes-Benz”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Avtomobil deformasiya uğrayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Daha çox xəbərlər