Hadisə 

Bakıda ailə FACİƏSİ: Bir yaşlı əkiz bacılar yanaraq öldülər – YENİLƏNİB

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə – əkiz bacı ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıblar.

09:18

Bakıda dəhşətli yanğın olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daha çox xəbərlər