26-İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən tarixi ərazilərimizə sahib çıxmağa başladı. Güclü ordu yaratmadan dövlət müstəqilliyini qorumağın mümkün olmadığını görərək, hökumət milli ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Hökumət ləngimədən milli ordunu yaratmağa başladı. Birinci addım kimi hökumət 1918-ci il iyunun 26-da “Müsəlman korpusunu” “Azərbaycan korpusu” adlandırdı.
Hərbi nazir Səməd bəy Mehmandarovun və müavini Əlağa Şıxlinskinin rəhbərliyi ilə milli ordu quruculuğu uğurla aparılırdı. İndi də 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
1993-ci ilin yayında Ümumi lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qaydışından sonra Ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. O əsas diqqətini ordu quruculuğuna yönəltdi. Milli Ordu hərbi hissələrini ayrı-ayrı siyasi qrupların təsiri altından çıxardı. Ordunun Silah-sursat, geyim və ərzaqla təminatını nizama salmağa başladı. Noyabının 1-də Respublikanın bütün imkanlarını Ordu quruculuğu məsələsinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası yaradıldı. Ordu hissələri təşkil edildi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hələ Sovet dövründə ölkəmizin rəhbəri olarkən Azərbaycanın müstəqilik arzularını dirçəltmək, gənclərimizin hərbi məktəblərdə oxumasını, milli zabit kadrların formalaşmasını, Azərbaycanda hərbi ənənələri yaşatmaq və bərpa etmək üçün misilsiz işlər görmüşdür. 1998-ci il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 80 illiyi qeyd edilərkən o, bir daha bu
tarixi vərəqləyir, son dərəcə geniş məlumata sahib olduğunu göstərərək konkret faktlarla 1972-ci
ildə açılmış C.Naxçıvanski adına hərbi məktəbi necə yaratmasını böyük məhəbbətlə xatırlayırdı. Ulu
öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev 2003-cü ildən Azərbaycan
Respublikasına rəhbərlik edir. O, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolunda inkişaf etməsinə öz töhfələrini vermişdir. Hərbi sahə İlhаm Əliyevin xüsusi diqqət yetirdiyi və nəzarətdə saxladığı sahələrdən biridir.
Azərbaycan xalqının iradasini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Pirezdenti həm də regionun nüfuzlu lideridir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan xalqının milli maraqlarına uyğun olaraq beynəlxalq aləmdə ölkənin mövqeyinin möhkəmlənməsinə və ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir.
“Biz bundan sonra da Ordumuzu gücləndirəcəyik. Ordumuzun müasirləşdirilməsi, döyüş potensiyalı, peşəkarlığı daim diqqət mərkəzində olacaq.
Azərbaycan dövləti həmişə güclü olmalıdır”. Azərbaycan Respubilkasının Prezidenti Müzəffər ordunun
Ali Baş Komandanı İlham Əliyev öz çıxışında belə söyləmişdir.
Azərbaycan ordusunun güclü olduğunun biz 44 günlük Vətən müharibəsində öz əksini tapdığının şahidi olduq. 2020-ci il sentyabrın 27-də ermənilər yenidən təxribat törətməyə başladı. Şanlı
Azərbaycan Ordusu təxribatın qarşısını alaraq uğurlu əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəmiz Azərbaycan Ordusunun
rəşadəti, Prezidentin uzaqgörən diplomatik bacarığı sayəsində qələbə ilə nəticələndi və doğma Qarabağımız işğaldan azad edildi.
İlham Əliyev həm də son 200 ildə ən böyük qələbəmizdən birinin Komandanı kimi tarixə adını yazdı.
Hər zaman Azərbaycan xalqının yanında olan Türkiyə, Vətən müharibəsində də Azərbaycan xalqı ilə
birlikdə idi. Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi, “iki dövlət arasında bu cür səmimi
münasibətlər dünyada rast gəlinən nadir münasibətlərdəndir”. 2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərinə səfəri baş tutdu.
Şuşaya edilən bu səfərin, iki dost və qardaş ölkə başçılarının məhz burada-Qarabağın “üzük qaşı” nda görüşməsinin böyük rəmzi manası var. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək, səviyyǝyǝ
çatdırılmasını təmin edir, həmçinin regionda sülhün və sabitliyin bərpa edilməsini Qafqaz
dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayır.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon Piyadalar kənd ümumi orta məktəbin direktoru Anar Baxşalıyev

