Gündəm 

Bakının tarixi memarlıq irsi dünya şəhərsalmasında nadir nümunələrdəndir

Bakı memarlığının tarixinə nəzər salsaq, burada bir neçə tarixi dövrün izlərini görmək mümkündür.  Sevindirici haldır ki, Bakının bugünkü görüntüsündə müxtəlif dövrlərin üslubları bir-birini tamamlayır və müasir şəhərsalma prosesi paytaxtın tarixi görkəmini pozmayıb, əksinə onu daha da modernləşdirib. Paytaxtda yeni infrastrukturun formalaşdırılması zamanı Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqətdə saxlamasını deyə bilərik. Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı bu məsələlərə xüsusi toxunması da bunun əyani göstəricisidir.

Bu gün Azərbaycanda müasir tipli şəhərsalmanın nümunəsi kimi tikilən yeni binalar fərqli üslubda və görkəmdə tikilib, şəhərlərin gözəlliyinə füsünkarlıq və cazibə gətirib. Şəhərsalma sahəsində  dövlət siyasətinin istiqamətləri çoxşaxəli və müasirdir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə işlərə təkcə azərbaycanlı mütəxəssislər deyil, eyni zamanda dünyaca məşhur memarlar dəvət olunur  və onlar paytaxtımıza müasir dünyanın yeni və mütərəqqi memarlıq nümunələrini bəxş edirlər.

Yeni tikilən misilsiz memarlıq nümunələri ilə yanaşı, yeni parklar, bulvarlar tikilir. Eyni zamamda şəhərin tarixi-mədəni landşaftı, qoruq əraziləri də qorunur və dövlət nəzarətindədir.

Paytaxtla yanaşı, digər şəhərlərdə də şəhər arxitekturasının yenilənməsi zamanı da  eyni prinsiplər işləyir. Regionlarda şəhərsalma zamanı da həmin regionun tarixən mövcud olan mədəni irsi, memarlıq üslubu və s. məsələlər nəzərə alınır. Hər il regionlarda mədəni-memarlıq quruculuğu  üçün  böyük vəsait xərclənir.

Bütün bunlar Azərbaycanda şəhərsalmanın kompleks şəkildə həyata keçməsini şərtləndirir. Nəticədə ölkədə müasir şəhərsalma mədəniyyətinin unikal nümunəsi yaranır.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Daha çox xəbərlər