Qarabağımızın sürətli dirçəlişi
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Bütün bu kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir.
2020-ci il sentyabr ayının 27-də ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks hücumla başlayan Vətən müharibəsi həmdə Ermənistanın necə bir barbar və işğalçı dövlət olduğunu bütün dünyaya sübut etdi. Erməni işğalçılığını amansız qurbanı olmuş Ağdam şəhəri bu gün ora səfər etmiş və onarı öz güzləri ilə görmüş əcnəbi mütəxəssislər tərəfindən “Qafqazın Hiroşiması” adlandırılmışdı. Müharibədə Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdir. Sonradan xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Bu gün artıq Qarabağımız sürətlə dirçəlir. Azərbaycan dövləti uzaqgörən və qətiyyətli Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş rayon və şəhərləri öz təbiəti, tarixi və müasirliyini qorumaqla bərpa edir. Bu ərazilərin sürətli bərpasında ölkəmiz “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
30 il müddətində məcburi köçkünlərimiz Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Bu gün isə Azərbaycan dövlətinin ən əsas milli maraqlarından biri məhz həmin məcbur köçkünləri ən yüksək səviyyətə həyat şəriti ilə təmin etməklə öz ata-baba yurdlarına geri qaytarmaqdır. Artıq məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Qarabağda yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad etdiyi Füzuli şəhərində səkkiz aydan az müddətdə beynəlxalq hava limanı inşa edərək istifadəyə verdi. Eyni zamanda Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. İşğaldan azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimiz pərpasında yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Dövlətiminiz əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.
30 illik işğal dövründə Ermənistan Qarabağda daşı-daş üstə qoymadı. Nəyinki, bu ərazilərdə yeni bir tikili tikdi, əksinə olanlarıda söküb-taladı. Eyni zamanda bu dövrdə əraziləri minalamaqla məşğul oldu. Və bu günkü gündə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. Kütləvi minalanma bu ərazilərin inkişafında qarşımızda duran ən böyük çətinlikdir və bu yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Vətən müharibəsi Azərbaycanın haqq səsi idi. Ölkəmiz üçün bu 44 günlük haqq savaşında həmdə öz dostunu və tərəfdaşlarını yaxşı tanımaq imakı oldu. Vətən müharibəsində ölkəmizin yanında olan dövlətlər bu gün Qarabağımızın sürətlə dirçəldilməsinə də öz tövhələrini verməkdədirlər. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.
Bu gün Azərbaycanın əzəli və əbədi ayrılmaz tərkib hissəsi olan, öz səfalı təbiəti ilə göz oxşayan Qarabağımız özünün ən sürətli inkişaf dövründədi.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Liza Cabbarova.

