Sosial 

Yeni “DOST” mərkəzləri açılacaq

Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı “DOST” xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni “DOST” mərkəzlərinin açılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, “DOST” xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır:

“Bu hədəflərdən biri “Virtual DOST” elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb”.

Qeyd edək ki, hədəflər sırasına “DOST” mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.

Daha çox xəbərlər