Türkiyədə təbii fəlakət zamanı həlak olan azərbaycanlının kimliyi bilindi – YENİLƏNİB + FOTO/VİDEO
Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub.
ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu Oxu.Az-a bildirib ki, həlak olan sürücü 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.
Könül Cəfərli
11:23
“Artvində baş verən torpaq sürüşməsi nəticəsində həlak olan şəxs Azərbaycan vətəndaşıdır”.
Bu barədə Artvin vilayətinin valisi Yılmaz Doruk məlumat verib.
Həmin şəxsin TIR sürücüsü olduğu bildirilir.
“Torpaq sürüşməsi nəticəsində qayaların altında qalan digər TIR sürücüsü isə Özbəkistan vətəndaşı olub. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda yolun təmizlənməsi istiqamətində işlər davam edir. Bizə xəsarət alanlar barədə əlavə məlumat daxil olmayıb”, – deyə Yılmaz Doruk əlavə edib.
10:15
Türkiyənin Artvin vilayətində təbii fəlakət baş verib.
Qeyd olunur ki, Artvinin Kemalpaşa rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yoldan keçən yük maşınları torpaq altında qalıb.
Hazırda yolda hərəkət tamamilə dayandırılıb.
Mənbə: Haber Global

