Region Xəbərləri 

Şəhid Mehman Quliyevin qızı Damlamızın 2 yaşı tamam oldu+FOTOLAR

Şəhid kəşfiyyatçı Quliyev Mehman Telman oğlu 1992-ci il martın 29-da Bərdənin Əyricə kəndində anadan olub. Bərdə rayon Elçin Abdullayev adına Əyricə kənd tam orta məktəbində oxuyub. Peşəkar hərbçi olan Mehman 4 il cəbhənin ən qaynar nöqtələrində xidmət edib. Xüsusi Təyinatlıların kəşfiyyatçısı, snayperi çavuş Quliyev Goranboy,Tərtər, Ağdam, Murovda daim düşmənlə üz-üzə olub. Onun vətən sevgisi, yurd bağlılığı, dostcanlılığı bu müharibədə də özünü ən yüksək şəkildə göstərib.
Biz bu gün həyatımızı Mehmana borcluyuq”. Daim dayısıyla telefon əlaqəsi saxlayan döyüşçümüz onun “ehtiyatlı ol, özünü qoru” tövsiyələrinə “yanında qardaşların şəhid olarsa, heç gözünü qırparsanmı?” – deyə cavab verir. Son danışığında isə dayısına “mən bu gecə şəhid olsam, atam, anam, yoldaşım və balam sənə əmanət” – deyir. Çünki yenicə ailə həyatı qurmuş Mehmanın üzünə, qoxusuna doya bilmədiyi 3 aylıq Damla adlı qız balası var. Şəhidimizdən geriyə qısa ömrünə sığdırdığı qürur dolu xatirələri, Damlası və ölümündən 2 saat əvvəl, yaralı halda çəkdirdiyi şəkli qaldı…
Ölümündən sonra “Vətən müharibəsi iştirakçısı”, ” Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Onuda qeyd edə ki,bu gün Şəhid Mehman Quliyevin qızı Damlanın  2 yaşı tamam oldu. Doğum günün mübarək şəhid qızı. Bəxtin gözel, caın sağlam, şansın bol olsun. Ad günün mübarək gözəl Damla balamız.
 
Возможно, это изображение 10 человек, люди стоят, торт и в помещении

Daha çox xəbərlər