Cəmiyyət 

QMİ zəvvarların səhhəti ilə bağlı açıqlama yaydı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların səhhətində heç bir narahatlıq yoxdur.

ARANTV.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.

Hazırda Məkkədə olduğunu söyləyən QMİ rəsmisi qeyd edib ki, zəvvarlar iyulun 7-si axşam saatlarında Ərəfat dağına qalxacaqlar: “İyulun 9-10-11-i Şeytana daş atma olacaq”.

Zəvvarlar Azərbaycana iyulun 19-20-də dönəcəklər.

Xatırladaq ki, bu ilki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 min 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda QMİ təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Daha çox xəbərlər